Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Ötən ​il ərzində qarşıya qoyulmuş bütün məsələlər öz müsbət həllini tapmışdır

0

  •           12 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2022-ci ilin 1-ci rübünün yekunlarına dair müşavirə keçirilmişdir. Müşavirədə ölkə Prezidenti ilin ilk rübündə görülən işlər barədə geniş məlumat vermişdir. İlham Əliyev qeyd etmişdir ki, ümumilikdə 2021-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İl ərzində qarşıya qoyulmuş bütün məsələlər öz müsbət həllini tapmışdır. Ölkəmiz ötən müddət ərzində istər siyasi, istərsə də sosial- iqtisadi sahədə nəzərə çarpacaq dərəcədə irəliləyiş əldə etmişdir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​                Azərbaycan Respublikasının Prezidenti qeyd etmişdir ki, ötən il əldə edilmiş müsbət tendensiya bu il də davam etməkdədir. 2022- ci ilin birinci rübündə ötən ilin sonunda ölkə əhalisinin maddi rifah halının yaxşılaşdırılması məqsədilə əmək haqlarının artırılması haqqında verilmiş Prezident fərmanları tam şəkildə yerinə yetirilmişdir. Bu o deməkdir ki, əhalinin gəlirləri ötən ilə nisbətən 20 faiz artmışdır. Ağır pandemiya dövrünü, 44 günlük Vətən müharibəsini yenicə geridə qoymuş bir ölkənin bunları etməsi, əlbəttə böyük uğurdur.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​        Ölkə Başçısı qeyd etdi ki, biz bütün işləri paralel olaraq kompleks şəkildə yerinə yetiririk. Eyni zamanda biz həm işğaldan azad edilmiş ərazilərdə quruculuq işləri aparırıq , ölkədə kadr və struktur islahatları həyata keçiririk, həm də siyasi müstəvidə öz mövqeylərimizi möhkəmləndirməklə məşğul oluruq. Bütün bunları etmək nə qədər çətin olsa da biz bunların öhdəsindən gəlirik.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       ​ Azərbaycan Respublikasının Prezidenti müşavirədə həm də yenicə başa çatmış Brüssel görüşlərindən də söhbət açdı. Brüssel görüşünü doğrudan da Azərbaycan diplomatiyasının daha bir parlaq uğuru hesab olar. Belə ki, indiyə qədər Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqlarında ATƏT-in Minisk qrupu vasitəçilik edirdi. Ancaq Minisk qrupunun bütün cəhdləri 30 il ərzində bir qayda olaraq fiaskoya məruz qalırdı. Çünki, bu təşkilat işğala məruz qalanla, işğal edənə eyni prizmadan yanaşdığı üçün heç bir irəliləyişə nail ola bilmirdi. Onların məsələyə qeyri-obyektiv yanaşması münaqişənin bu qədər uzanmasına gətirib çıxarmışdı.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​          Brüssel görüşü həm də ona görə əhəmiyyətlidir ki, Azərbaycan tərəfindən təqdim olunan beş təklifin hamısı ermənilər tərəfindən qəbul edildi. Bu da onu göstərir ki, artıq Ermənistanın sülh sazişini imzalamaqdan başqa çıxış yolu yoxdur.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​              Azərbaycanın daha bir uğuru isə ondan ibarətdir ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini sürətlə davam etdirir. Ermənistanın minalanmış ərazilərin xəritələrinin doğru-düzgün Azərbaycan tərəfinə təqdim etməməsi səbəbindən görüləcək işlərə əngəl törənməsinə baxmayaraq quruculuq işləri davam etməkdədir. Artıq bir çox bölgələrdə infrastruktur tam bərpa edilmək ərəfəsindədir. Ordu quruculuğu, infrastrukturun bərpası, ümumtəhsil məktəblərinin, yaşayış binalarının, otellərin, iaşə müəssisələrinin, məscidlərin tikintisi, Böyük qayıdışın tezliklə həyata keçirilməsi üçün münbit zəmin yaradır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​         Məlumdur ki, 2022-ci il Ölkə Başçısı tərəfindən​ Şuşa ili kimi qeyd edilmişdir. Bu il eyni zamanda Şuşada postmünaqişə dövründə ikinci Xarı bülbül festivalı da keçiriləcəkdir. Bütün görülən işlər onu göstərir ki, azad olunmuş ərazilərdə həyat yenə də canlanacaq, öz axarına düşəcəkdir.​Eldəniz Məhərrəmov,Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib31 dəfə
    Ötən ​il ərzində qarşıya qoyulmuş bütün məsələlər öz müsbət həllini tapmışdır

    Maraqlı gələ bilər
    31